Rəqəmsal bacarıqların təməlini bu gün qoyun – övladınızın sabahı üçün!
Computer Essentials kursu 7–13 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu proqram, övladınızın texnologiya ilə tanışlığını peşəkar şəkildə təmin edir və gələcəkdə informasiya texnologiyaları sahəsində uğurlu addımlar atması üçün güclü zəmin yaradır.
Strukturlaşdırılmış və tətbiqə əsaslanan tədris
Tədris proqramı Microsoft Windows əməliyyat sistemi, Word, Excel və PowerPoint proqramları, elektron poçt istifadə qaydaları və Adobe Photoshop və Illustrator vasitəsilə kreativ dizayn bacarıqları ətrafında formalaşdırılıb. Dərslər həftədə 2 dəfə, hər biri 2 saat olmaqla, tam praktik formatda keçirilir.
Təcrübəli və pedaqoji hazırlığa malik müəllim heyəti tərəfindən aparılan dərslər həm öyrədici, həm də interaktiv və əyləncəlidir. Proqramın əsas məqsədi şagirdlərin texnologiyaya inamlı yanaşmalarını təmin etmək və gələcəkdə daha kompleks IT təlimlərinə hazır olmalarını təmin etməkdir.
Kompüter savadlılığı üzrə peşəkar bazanı bizimlə birlikdə qurun!