Startup və Sahibkarlıq (Entrepreneurship Fundamentals)
Tədris haqqında
Sahibkarlıq dünyasında ilk addımınızı bu proqramla atın!
IT Innovations Akademiyası – yaradıcılığın və biznes düşüncə tərzinin inkişafına yönəlik unikal Startup tədris proqramı təqdim edir. Bu proqramla övladınız uğurlu biznes ideyaları formalaşdırmaq, sərmayə yatırımı cəlb etmək və beynəlxalq bazarlarda rəqabət aparmaq üçün lazım olan bilik və bacarıqları əldə edəcək.
Təcrübəyə əsaslanan metodologiya
ABŞ, İsrail, Sinqapur və digər startup ekosistemlərindən ilhamlanaraq hazırlanmış dərslər şagirdlərə real bazar şərtlərində sınaqdan çıxmış alətləri öyrədir. Peşəkar təlimçilər tərəfindən keçirilən seminarlar, praktiki tapşırıqlar və layihələr vasitəsilə övladınız öz startup layihəsini reallaşdırmaq üçün möhkəm zəmin yaradacaq.
Üç Aylıq İnkişaf Planı
1-ci ay: Övladınız sahibkarlığın əsaslarını öyrənəcək, biznes model hazırlama və bazar araşdırması aparmaq bacarıqlarını inkişaf etdirəcək. Pitch hazırlama, natiqlik və komanda işi kimi sahələrdə praktiki təcrübə qazanacaq.
2-ci ay: Maliyyə idarəetməsi, rəqəmsal marketinq və investisiya cəlb etmə kimi kritik mövzuları dərindən öyrənəcək. Real vaxtda öz layihəsini inkişaf etdirərək, potensial müştəri və partnyorlarla ilk əlaqələrini quracaq.
3-cü ay: Miqyaslama, yeni bazarlara çıxış və strateji liderlik sahələrində biliklərini dərinləşdirəcək. Yekunda isə real investorlar və mentorların qarşısında öz startup layihəsini təqdim edəcək.
Yaradıcı biznes ideyalarınızı reallaşdırın!
Gələcəyin uğurlu sahibkarlarını yetişdirmək üçün müasir startup ekosisteminin tələblərinə cavab verən praktiki tədris proqramımızla tanış olun. Övladınızın düşüncə tərzini inkişaf etdirəcək və ona qlobal rəqabət üçün lazımi hazırlığı verəcək bu proqramı qaçırmayın!
Startap niyə vacibdir?
- Xarici top universitetlərdə diqqət edilən göstəricilər arasındadır.
- IELTS, SAT, tövsiyə və motivasiya məktubları, portfolio qədər startup da önəmlidir.
- Yeni təhsil sisteminin başlıca tələbidir.
- İnkişaf göstəricisidir.
- Tənqidi düşünmə, liderlik, kommunikasiya bacarıqlarını inkişaf etdirir.
Startup Academy proqramında kimlər iştirak edə bilər?
Startup Academy proqram və fəaliyyətləri 6, 7, 8, 9, 10, 11-ci sinif şagirdlərini əhatə edir. Proqram məktəb vaxtından startap, biznes, araşdırma, kütlə qarşısında təqdimat, planlama və İT bacarıqlarının artırılması məqsədilə yaradılmışdır.
"Startaper Prizması" – 3 Aylıq İntensiv Təlim Proqramı
"Startaper Prizması" adlı innovativ, 3 aylıq intensiv təlim proqramımızla tanış olun! Bu proqram, yeniyetmələrə startap'ın nəzəri əsasları və praktik yanaşmaları haqqında dərin biliklər təqdim edir. İdeyalarını minimal işlək prototip (MVP) halına gətirib inkişaf etdirmək üçün onlara real istiqamət verir, gələcəyin uğurlu təşəbbüskarlarına çevrilmələrinə imkan yaradır.
Bu təlimi niyə bizimlə öyrənməlisiniz?
- Sahibkarlığın əsasları
- Yaradıcılıq düşüncəsinin formalaşdırılması
- Biznes ideyasının inkişafı üçün praktiki fəaliyyətlər
- Vizyon paylaşımı üçün hekayə danışma və təqdimat bacarıqları
- Hər həftə 2-3 saatlıq seminarlar, workshop'lar və məntiqi intellektual oyunlar
- Kurs sonunda rəsmi sertifikat
Təlim müddətində startaperlərə mentorlar və sahə ekspertlərinə çıxış imkanı veriləcək, həmçinin gənc iştirakçılar sahibkarlıq, biznes model, IT, bazar araşdırması, MVP, MVBP, marketinq strategiyası, maliyyə planlaması, investisiyalar və təqdimat bacarıqları kimi əsas biliklərə yiyələnəcəklər.
Proqram müddətində övladınızın qazanacağı bacarıqlar:
- Sahibkarlığın təməl prinsiplərini anlama və tətbiq etmək
- Biznes modeli, maliyyə planlama və satış strategiyası hazırlamaq
- Rəqəmsal marketinq və müştəri əlaqələrini qurmaq
- İnvestorlar və partnyorlarla effektiv ünsiyyət bacarıqları
- Startuplarda real layihələrə rəhbərlik etmək və komanda işini təşkil etmək
- Pitch hazırlama və natiqlik qabiliyyətini inkişaf etdirmək
- Yeni bazarlara çıxış və qlobal miqyasda fəaliyyət
- Qısa müddətdə MVP (Minimal Viable Product) prototipləri hazırlamaq
- Beynəlxalq startup ekosistemi ilə əlaqələr və şəbəkələşmə