Təqaüd proqramı

Zəka Təqaüd Proqramı

Texnologiya sahələrində 100% ödənişsiz təhsil imkanı. Startup istiqaməti 16 yaş və yuxarı hər kəsə açıqdır, yuxarı yaş həddi yoxdur. Seçim komissiyası hər müraciəti ayrıca nəzərdən keçirir.

Müraciət qəbulu başa çatıb

Zəka Təqaüd Proqramı üzrə müraciət müddəti 25 Oktyabr 2026-cı il tarixində yekunlaşıb.

Təhsil haqqı
100% ödənişsiz
Son müraciət tarixi
25 Oktyabr 2026
Ünvan
Nəsib bəy Yusifbəyli 116A

Tədris istiqamətləri

Bir istiqamət seçin. Yaş həddi və yer sayı hər istiqamət üçün ayrıca müəyyən edilib.

  • AI & CybersecuritySüni intellekt və kibertəhlükəsizlik sahəsində gələcəyin mütəxəssisləri.12 – 18 yaş · 16 yer
  • RobototexnikaQur, proqramlaşdır, innovativ robotlar hazırla və yarışlarda iştirak et.10 – 14 yaş · 16 yer
  • Fashion TechYaradıcılığı texnologiya ilə birləşdir, öz kolleksiyanı dizayn et.10+ yaş · 12 yer
  • DronePilotluq, proqramlaşdırma və real tətbiqlər. Gələcəyin texnologiyasını öyrən.14 – 18 yaş · 10 yer
  • Startupİdeyanı məhsula çevir. Biznes modeli, pitch və real layihələrlə təcrübə qazan.16+ yaş · 10 yer
  • ScratchProqramlaşdırmaya əyləncəli və interaktiv şəkildə başla.8 – 12 yaş · 16 yer

Müraciət necə edilir

  1. 01Tədris istiqamətiYaşa uyğun bir istiqamət seçin.
  2. 02Namizəd haqqında məlumatAd, soyad və yaş. 18 yaşını tamamlamış Startup namizədləri üçün məktəb və sinif istəyə bağlıdır.
  3. 03Valideyn məlumatlarıValideynlərin hər ikisinin iş yeri (təşkilat və vəzifə) qeyd olunmalıdır. 18 yaşını tamamlamış Startup namizədləri üçün məktəb, sinif və valideyn məlumatları istəyə bağlıdır.
  4. 04MotivasiyaNamizəd bu istiqamətə niyə müraciət edir.

Nəticə barədə müraciətdə qeyd olunan əlaqə nömrəsi vasitəsilə məlumat verilir.

Tez-tez verilən suallar

Zəka Təqaüd Proqramı ödənişlidir?
Xeyr. Proqram iştirakçılar üçün 100% ödənişsizdir.
Hansı istiqamətlər və yaş həddləri var?
AI & Cybersecurity — 12 – 18 yaş, 16 yer; Robototexnika — 10 – 14 yaş, 16 yer; Fashion Tech — 10+ yaş, 12 yer; Drone — 14 – 18 yaş, 10 yer; Startup — 16+ yaş, 10 yer; Scratch — 8 – 12 yaş, 16 yer. Yaş həddi və yer sayı hər istiqamət üçün ayrıca müəyyən edilib.
Son müraciət tarixi nə vaxtdır?
25 Oktyabr 2026, saat 23:59 (Bakı vaxtı). Bu vaxtdan sonra müraciət qəbul edilmir.
Namizədlər necə seçilir?
Seçim komissiyası hər müraciəti ayrıca nəzərdən keçirir. Nəticə barədə müraciətdə qeyd olunan əlaqə nömrəsi vasitəsilə məlumat verilir.
Müraciət üçün hansı məlumatlar lazımdır?
Seçilən istiqamət, namizəd haqqında məlumat (ad, soyad, yaş, məktəb, sinif), hər iki valideynin adı və iş yeri, əlaqə nömrəsi və namizədin motivasiyası. 18 yaşını tamamlamış Startup namizədləri öz əlaqə nömrələrini qeyd edir; onlar üçün məktəb, sinif və valideyn məlumatları istəyə bağlıdır.
Proqramın ünvanı haradadır?
Nəsib bəy Yusifbəyli küçəsi 116A, Nərimanov, Bakı AZ1025 (Gənclik metrosunun yaxınlığı)